Baş Prokurorluq məlumat yaydı...

Baş Prokurorluq məlumat yaydı...

Hazırda oxunan: Baş Prokurorluq məlumat yaydı...
111715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az - a daxil olan məlumatda deyilir:

"Dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102”x9d məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat vermişdir.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmamışdır.

Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO