Son günlər MTN xa0işi ilə bağlı ölkə mətbuatınını gündəmındə olan və dəhşətli cinayətləri cəmiyyətdə rezonans yaradan MTN generalları Akif Çovdarov və Fərhad Vahabovun Azərbaycan təhsilinə uzanan qara əlləri barədə redaksiyamıza etibarlı mənbəmizdən maraqlı məlumatlar daxil olub.
Sən demə, Təhsil Nazirliyinin Ali Təhsil şöbəsinin əməkdaşları xa0İlyar Vahabov və Natiq İbrahimovun generallar qarşısında böyük xa0“xidmətləri”x9d olub. Generallarla birbaşa əlaqədə olan İlyar Vahabov Natiq İbrahimovun da xidmətlərindən yararlanaraq bəzi təhsil müəssisələrinin rəhbərliyinə himayədarlıq etdiyi halda, bəzilərini generallara ,,yem yeri“etmisdir. Belə ki, son gunlər təhsil naziri Mikayıl Cabbarovun xa0iradəsi ilə əməlləri ifşa olan İlyar Vahabov işində yol verdiyi nöqsan və xa0qanun pozuntularina görə xa0maddə ilə işdən azad olunub. Mənbə İlyar Vahabovun xa0xidməti otağının möhürləndiyini iddia edir. MTN dəki havadarları və Təhsil Nazırliyindəki Natiq İbrahmov və İlham Pirməmmədov kimi xa0yaxın ətrafina güvənən Vahabov qanunsuz köcürmələri hətta yeni nazirin zamanında belə etməkdən çəkinməyib. Dolayısı ilə MTN - nin adı çəkilən xa0generallarının, birbaşa isə Təhsil Nazirliyində İbrahimov və Vahabov xa0iş birliyinin cətiri altinda boyük korrupsiya xa0əməliyyatları xa0həyata keçirən Orucəli Rzayev himayə olunan xa0rəhbərlərdəndir. Milyon manatlarla ölçüləcək xa0mənimsəmə və korupsiya faktları olan Rzayev son olaylardan sonra xa0bərk xa0təşvişdədir. AMİ-nin Mingəçevir filialında bank maxinasıyaları və başqa korrupsiya xa0faktları ilə yanaşı dövlət büdcəsini talan edilməsi və 350 min manatdan çox dovlət vəsaitini mənimsəməsini sübut edən Audit Akti 300 min manat müqabilndə İlyar Vahabov və Natiq İbrahimov tərəfindən xa0yoluna qoyuldu. xa0Fakt ortadadır. Cünki Audit aktı elə bir sənəddir ki, onu təkzib etmək mümkün deyil. Əks təqdirdə xa0auditi aparan şəxslərin ciddi cəzalanması labuddür. Təhsil naziri Mikayıl Cabbarovun xa0obyektiv və şəffaf işləmək cəhdinə şübhə etmirik. İlyar Vahabovla bağlı son qərarı bunu bir daha təsdiq etdi. Amma xa0dövlət büdcəsinin 350 min manatlıq mənimsəməsi barədə rəsmi audit aktının ört ”“ basdır edilməsi Mikayil Cabbarovun yeni komandasının səriştəsizliyindən və ya xa0İlyar Vahabov və Natiq İbrahimovun xa0 yeni komandaya təsir imkanlarının gücündən xəbər verir. Himayədarlarının cətin xa0vəziyyətindən xa0təşvişə düşən Orucəli Rzayev onun qanunsuz hərəkətlərindən narazı olan kollektivə xa0təsir imkanlarını əlində saxlamaq üçün xa0iclasda filialın yeni rəhbərliklərinə (Pedaqoji Universitetinin rektoru Yusif xa0 Məmmədov xa0və yeni təyin olunan prorektor Asəf Zamanovla) yaxın olduğunu və gələcəkdə aparılacaq struktur dəyişıklıklərinin ona hec bir aidiyyatı olmayacağını vurğulayaraq deyib:
”x9dMən Yusif Məmmədov və Asəf Zamanovla bir sahənin adamlarıyıq. Ailə səviyyəsində görüşürük. Üçümuz eyni yerdə mudafiyə etmişik, doktor nauk olmuşuq, üçümüz də riyaziyyatçıyıq, bir - birimizə koməklik etmisik. Yusif BDU - da, mən isə GDU - da paralel iş aparmısıq. xa0Onlar olan yerdə mənə heç kim heç nə edə bilməz. Biz bu gunun dostu deyilik, xeyirdə - şərdə bir yerdəyik. Nazir də təhsildə təcrübəsizdir, bu adamlar nə desə ona baxacaq . Yəni mənə zaval yoxdur. Ay Xəzangül, yadındadırmı, sənin keçmış müdirənin vaxtında Yusif müəllimi ailəsi ilə, arvadı, baldızı ilə birlikdə Zaqatalaya qonaq gətirmişdim...”x9d xa0
xa0xa0
26 sentyabr 2006 - cı ildə xa0saxtakarlıq və əməllərinə xa0gorə GDU propektoru vəzifəsindən xa0qovulan və xa0iki il sonra İlyar Vahabovun dəstəyi ilə AMİ Mingəçevir filialına direktor təyin olunan Orucəli Rzayevin GDU ”“ dakı qaranlıq keçmişi təhsil ictimayəti üçün sirr deyil. O zaman saxta tələbə qəbulu ilə bağlı əməllərinə görə iş ortağı xa0GDU- nun fakultə dekanı Abbas Səmədov öz üzərinə götürdü. Bu iş Orucəli Rzayevə ucuz başa gəlmədi. Sonralar bu üçlüyə yaxınlığı ilə seçilən AMİ-nin tələbə tədris şöbəsinin müdiri Telman Muradovun qanunsuz köçürmələr və saxta diplom məsələsində “xüsusi xidmətləri”x9dolmuşdu. AMİ-nin sabiq dəvtərxana müdiri Eldəniz İsmayılovun xa0müəmmalı intiharı isə burda bir çox qaranlıq məqamların mövcudluğundan xəbər verir. (qaynar.info)



































































































