Salyanda körpünün tikintisi başa çatır ”“  FOTO/VİDEO

Salyanda körpünün tikintisi başa çatır ”“ FOTO/VİDEO

Hazırda oxunan: Salyanda körpünün tikintisi başa çatır ”“ FOTO/VİDEO

94583
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis”x9d ASC tərəfindən  Kür çayı üzərindən daha bir körpünün tikintisi yüksək keyfiyyətlə aparılaraq, başa çatdırılmaq üzrədir.

ASC-dən Moderator.az-a daxil olan məlumata görə, tikintisinə ötən il başlanılan və Salyan rayonu ərazisində mərkəzlə 6 min nəfər əhalinin yaşadığı Babazanan yaşayış massivini birləşdirən körpüdə son tamamlanma işləri aparılır. 

Körpü üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi işləri yekunlaşdırılıb.

Bununla paralel olaraq ərazidə gələcək daşqınların qarşısını almaq məqsədi ilə uzunluğu 280 metr olan istinad divarlarının tikintisi də aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Körpüyə Salyan şəhəri istiqamətdən yanaşma yolunun və daha 200 metr uzunluğunda istinad divarlarının tikintisi davam etdirilir.

6 aşırımdan ibarət və uzunluğu 199,16 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Ümumiyyətlə sözügedən körpü A-15, NK-100 hesabi yükünə və 9 bal zəlzələyə hesablanaraq inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO