ABŞ azərbaycanlı borcluları axtarır

ABŞ azərbaycanlı borcluları axtarır

Hazırda oxunan: ABŞ azərbaycanlı borcluları axtarır

77017

Ağ Ev yalnız ABŞ ərazisində deyil, bütün dünyada Amerika dövlətinə borcu olan vətəndaşların axtarılıb tapılması və müvafiq qaydada məsuliyyətə cəlb edilməsi üçün savaş elan edib.

Bu barədə Moderator.az-ı bilgiləndirən özəl mənbənin sözlərinə görə, bu məqsədlə ABŞ “sözü keçən”x9d bütün dünya dövlətlərinə müraciət edərək, həmin ölkələrdə hesab açmaq və ya digər prosedur həyata keçirmək üçün müraciət edən şəxslərin xüsusi blank doldurması prosedurunu tətbiq edib. Blankda vətəndaşın ABŞ-da olub-olmaması, hansı fəaliyyətlə məşğul olması, hansı kartlardan istifadə etməsi və s. kimi suallar yer alır.

Vətəndaşlar tərəfindən öz ölkələrinin yerli banklarında doldurulan bu blanklar ABŞ-ın müvafiq qurumlarına təqdim edilir ki, həmin məlumatlar əsasında ABŞ dövlətinə borcu olan şəxslərin tapılması təmin edilir.

Mənbənin sözlərinə görə, artıq məlum prosedur Azərbaycanın bütün banklarında tətbiq edilməkdədir, xa0hansı ki, bu prosedurun tətbiqi həm bank işçiləri, həm də müştərilər tərəfindən narazılıqla qarşılanır. Belə ki, hər iki tərəf məcburən ABŞ dövlətinin vergi borclarının toplanmasına zaman və enerji sərf etmiş olur. Halbuki, onların heç birinin ABŞ qarşısında belə bir öhdəliyi yoxdur.

xa0

Mövzunu diqqətdə saxlayacayıq.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO