Azərbaycanda günəş elektrik stansiyaları ötən il istehsalı 18% artırıb

Hazırda oxunan: Azərbaycanda günəş elektrik stansiyaları ötən il istehsalı 18% artırıb

56082

Ötən il Azərbaycanda küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 6,7% azdır.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).

Qeyd edək ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur.

İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).

Ölkədə istehsal edilən elektrik enerjinin 23 776,4 mln. kVt-saat istilik (+7,9%), 1 243,9 mln. kVt-saat su elektrik (+19,8%) stansiyaların payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO