Pensiya və müavinətlər üçün 3,6 milyard manat ayrıldı

Hazırda oxunan: Pensiya və müavinətlər üçün 3,6 milyard manat ayrıldı

48243

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, bu ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artırılaraq 3 milyard 566 milyon manata çatdırılıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib.

2021-ci il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 201,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12 faizini təşkil edir.

Onların 59,1 faizi yaşa, 29,0 faizi əlilliyə, 11,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 9,4 faiz artaraq 330,6 manat təşkil edib və orta aylıq əmək haqqının 45,7 faizinə bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO