Fransalı siyasətçi: “Çin lideri Makronu alçaldıb” - FOTO

Fransalı siyasətçi: “Çin lideri Makronu alçaldıb” - FOTO

Hazırda oxunan: Fransalı siyasətçi: “Çin lideri Makronu alçaldıb” - FOTO

191016

Çin Xalq Respublikasının Sədri Si Cinpin Parisdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə üçtərəfli görüşdə Fransa Prezidenti Emmanuel Makronu alçaldıb və onu lağa qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında paylaşım edib.

“Si Cinpinin Fransaya dövlət səfəri: Makron alçaldılır və məsxərəyə qoyulur! Çin lideri Ursula fon der Lyayeni dəvət etməklə təvazökarlıq göstərdi. Çin prezidenti onunla daha çox danışaraq əsl gücün kimdə olduğunu göstərdi və bununla da Makrona məhəl qoymadı”, - deyə paylaşımda bildirilib.
Filippo onu da vurğulayıb ki, tabeçilik ruhu Fransanın milli maraqlarına zərər verir və Avropa İttifaqına üzvlük onu zəiflədir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO