İrandan Azərbaycan və Türkiyəyə xalça idxalı dayandırıldı - SƏBƏB 

Hazırda oxunan: İrandan Azərbaycan və Türkiyəyə xalça idxalı dayandırıldı - SƏBƏB 

0:00
0:00
41821

İrandan Türkiyə və Azərbaycan Respublikasına xalça ixracatı tamamilə dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın İxracat Konfederasiyasının keçmiş sədri Rəzi Hacı Ağamiri məlumat verib. 

Onun sözlərinə görə, Türkiyə İran xalçası idxal edən əsas ölkələrdən biridir. Lakin son dövrlər İranın Azərbaycan və Türkiyə ilə siyasi gərginliyi ucbatından rəsmi Ankara İrandan xalça idxalına qadağa qoyub. 
 

Ağamiri qeyd edib ki, Azərbaycan İran xalçasının əsas alıcılarından olmasa da, bu ölkəyə də müəyyən miqdarda xalça ixrac edilirdi, ancaq son siyasi proseslərdən sonra bu sahədə satış tamamilə sıfıra düşüb. 


O, sonda bildirib ki, cari ilin ilk üç ayında (martın sonlarından iyunun sonlarınadək) İranın ümumi xalça ixracatı 5 milyon dollar həcmində olub. Bu isə sıfıra bərabər məbləğ deməkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO