ANS TV-nin verdiyi məlumata görə, sentyabr ayından təmirinə başlanılan, uzunluğu 9 km olan yolun eni artırılaraq 8 metrə çatdırılıb. Eni artırılan 2 zolaqlı köhnə yolda yenidən qurmadan sonra 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, 3 km məsafədə asfaltlanma örtüyü aparılıb: "Digər hissələrinə də asfalt beton qatı vurulur. Adı çəkilən yoldan öncə Sabunçu qovşağından Zabrat dairəsi və Zabrat-Maştağa avtmobil yolu da yenidən qurulub”.
Zabrat-Pirşağı avtomobil yolu istifadəyə verildikdən sonra digər qəsəbələrin yenidən qurulması istiqamətində işlərə start veriləcək. Bununla da Bakı ətrafı qəsəbələrə aparan yollarda avtomobillərin rahat və sürətli hərəkətini təmin etmək mümkün olacaq.




































































































