TAP konsorsiumunun (Trans Adriatic Pipeline AG, TAP) rəhbərliyinə yeni təyinat olub.
Moderator.az xəbər verir ki, konsorsiumdan “APA-Economics”x9də daxil olan məlumata görə, Luka Skieppati TAP-ın baş icraçı direktor, Uolter Peeraer isə prezident postuna təyin ediliblər. Hər iki şəxs vəzifələrinin icrasına iyunun 27-dən etibarən başlayır.
Qeyd edək ki, L. Skieppati Yan Bredşounu əvəzləyib.
L.Skieppati TAP-a 1991-ci ildən çalışdığı İtaliyanın “Snam”x9d şirkətindən qoşulub.
U.Peeraerin sonuncu iş yeri isə Belçikanın “Fluxys”x9d şirkəti olub. Mütəxəssis şirkətin İdarə Heyətinin üzvü və icraçı direktoru kimi fəaliyyət göstərib.




































































































