“Vergi borcu olanların bank hesabı açmasına qadağa qoyulub”x9d.
Bu barədə Moderator.az-ı
özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, vergi orqanlarına hətta
bir qəpik belə olsun borcu olan şəxsin VÖİN əsaslı bank hesabı açması
yasaqlanıb.
Belə ki, VÖİN əsaslı bank
hesabı açmaq istəyən şəxs qanunvericiliyin tələbinə uyğun olaraq öncə vergi
orqanına müraciət etməli və seçdiyi bankın adını, habelə hansı valyuta ilə
hesab açmaq istədiyini bildirməlidir. Belə olan halda öncə vətəndaşın vergi
borcunun olub-olmadığını müəyyənləşdirən vergi əməkdaşı, borcu olan şəxslə
bağlı əməliyyat aparmaqdan imtina edir. Vətəndaşa bildirilir ki, onun borcu
olduğu üçün sistem onun üzünə “bağlıdır”x9d və yalnız bu borc ödəniləndən sonra
açıla bilər. Beləliklə də, vətəndaş vergi borcunu ödəyənə qədər bank xidmətindən
yararlana bilmir.
Mənbənin sözlərinə görə,
hazırda yüzlərlə şəxs oxşar problemlə üzləşib və bank əməliyyatlarını təxirə
salmaq məcburiyyətində qalıb.



































































































