
- A-
- A
- A+
Эконом
13:46 / 17.12.2015
3 dəq oxunma
FES qərarı: Ekspertdən manatla bağlı mühüm -Açıqlama
Hazırda oxunan: FES qərarı: Ekspertdən manatla bağlı mühüm -Açıqlama
111870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
FES-in son qərarı ucuz pul siyasətindən bahalı pul siyasətinə keçidin əsasını qoydu.
xa0
Bu sözləri axar.az-a FES-in (ABŞ-ın Federal Ehtiyat Sistemi) uçot dərəcəsini artırmaqla bağlı qərarını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertə görə, FES dekabrda faiz dərəcələrini artıracağını öncədən bəlli etdiyi üçün qlobal valyuta bazarı buna hazır idi:
xa0
“Qərarla bağlı məlumatlar yayılan zaman avro dollara nisbətən daha çox dəyər itirdi, nəinki FES-in bu qərarından sonra. Qərardan sonra avro dollara nisbətən cüzi ucuzlaşsa da, kəskin azalma müşahidə edilmədi. Çünki beynəlxalq bazarlar buna hazır idi. Ona görə də aparıcı ölkələrin valyuta bazarında kəskin dəyişikliklər baş vermədi. Ancaq bu qərar ucuz pul siyasətindən bahalı pul siyasətinə keçidin əsasını qoydu. Yəni artıq mərhələli olaraq bahalı pul siyasəti həyata keçiriləcək. FES-in son qərarı nə prosesin sonu, nə də başlanğıcıdır. Bu, praktik olaraq pul siyasəti və ya uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı dünyanın aparıcı iqtisadi gücünə malik ölkəsinin qəbul etdiyi bir qərardır”x9d.
xa0
İqtisadçı bildirib ki, FES-in qərarı Azərbaycan iqtisadiyyatına, manatın məzənnəsinə birbaşa təsir göstərməyəcək:
xa0
“FES-in qərarının manata dolayı təsirləri var. Eyni zamanda, müəyyən qədər iqtisadi təsirlərə də malikdir. Nəzərə alsaq ki, Azərbaycanda bivalyuta, yəni ikivalyutalı səbətdən istifadə edilir. Bu baxımdan dolların möhkəmlənməsi manata psixoloji təzyiqləri artırır. Manat dollara nisbətən dəyər itirsə də, avro ilə müqayisədə möhkəmlənir”x9d.
xa0
İqtisadçı manatı qoruyub saxlamaq üçün Mərkəzi Bankın daha çevik alətlərdən istifadə edəcəyini düşündüyünü bildirib:
xa0
“MB-nin əlində çevik alət və rıçaqlar var ki, mövcud siyasətini davam etdirsin. Xüsusən birbaşa bazar və ictimaiyyətlə kommunikasiyanın gücləndirilməsi, bazara psixoloji təzyiqin azaldılması ilə bağlı uyğun mesajların verilməsi atılacaq addımlar siyahısına daxil olmalıdır. MB borclanmaya getməklə və daha çevik alətlərdən istifadə etməklə mövcud siyasəti davam etdirərsə, o zaman manatı qorunub saxlaya biləcək, yox əgər MB dollarlaşma prosesini gözləmədən üzən valyuta siyasətinə keçərsə, bu, təbii ki, manatın məzənnəsinin dollara nisbətdə azalmasına səbəb olacaq. Bir sözlə, FES-in və Avropa Mərkəzi Bankının qəbul etdiyi qərarların milli valyutamıza birbaşa deyil, dolayı təsirləri var. Buna görə də MB bu dolayı təsirlərin azaldılmasına nail olmalıdır”x9d.
xa0
V.Bayramov FES-in son qərarının daha çox neft ölkələrinə təsir göstərəcəyini açıqlayıb:
xa0
“Neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda təsirlər onsuz da var. Güman olunur ki, bu proses də neft ölkələrində milli valyutalara təzyiqləri artıracaq”x9d.
xa0
Qeyd edək ki, ABŞ-da Mərkəzi Bankın funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edib. Federal Açıq Bazar Komitəsi (FABK) uçot dərəcəsini 0,25 faizdən 0,5 faizə qədər artırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































