“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

Hazırda oxunan: “Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir
607792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bavariya" 40 yaşlı Manuel Noyerdən sonrakı dövr üçün qapıçı axtarışlarını davam etdirir.

Bizim.Media xəbər verir ki, Bundesliqa nəhənginin əsas hədəfi "Qalatasaray"da çıxış edən Uğurcan Çakırdır.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Bavariya"nın qapıçı məşqçisi Mixael Rexner daha əvvəl Türkiyə millisində çalışıb və o, 30 yaşlı qolkiperin bacarıqlarına bələddir.

Münhen təmsilçisinin qapı xətti üçün digər namizədləri isə "Hoffenhaym"dan Oliver Baumann, "Hamburq"dan Daniel Hoyer Fernandes və "Köln"dən Marvin Şvabedir.

Qeyd edək ki, "Qalatasaray" Uğurcan Çakırı mövsümün əvvəlində "Trabzonspor"dan 27,5 milyon avroya transfer edib.

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 39 oyunda 39 qol buraxıb. Təcrübəli "əlcək sahibi" 14 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO