İranda hökumət qüvvələrinin açdığı güllə idmançını gözündən etdi - FOTO

İranda hökumət qüvvələrinin açdığı güllə idmançını gözündən etdi - FOTO

Hazırda oxunan: İranda hökumət qüvvələrinin açdığı güllə idmançını gözündən etdi - FOTO

589120
İranın oxatma üzrə yığmasının qadın üzvü hökumət qüvvələrinin açdığı atəşlə bir gözünü itirib.
 
Bu barədə “Azad İran” “Telegram” kanalında bildirilir.
 
Kirmanşah şəhərinin Tağbostan bulvarında güllə yarası alan Mehbanu Xoşnudi Kia sol gözündən məhrum olub.
 
27 yaşlı Mehbanu (Kövsər) Xoşnudi Kia İranın oxatma üzrə qadınlardan ibarət yığma komandasının üzvüdür və 2021-cü ildə oxatma üzrə Asiya turnirində ikinci yerə çıxıb.
 
Qeyd edək ki, son bir neçə ayda İranın hökumət qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə dəfələrlə və məqsədyönlü şəkildə ov tüfəngi və peyntbollarla onların üz nahiyəsinə atəş açıblar. Bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar və qeyri-insani metodunun qurbanına çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO