Ter Ştegen Türkiyə millisi ilə oyunu buraxacaq

Ter Ştegen Türkiyə millisi ilə oyunu buraxacaq

Hazırda oxunan: Ter Ştegen Türkiyə millisi ilə oyunu buraxacaq
164901
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen yığmanın düşərgəsini tərk edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann danışıb.  

O, qolkiperin belindəki  diskomfort səbəbindən düşərgədən ayrıldığını qeyd edib: 

“Mark-Andre ter Ştegen belində kəskin ağrılar hiss etdiyi üçün millinin hər iki oyununu buraxacaq. Sabah o, yenidən Barselonaya uçacaq. Ümid edirəm ki, Ter Ştegen tezliklə sağalacaq və komandasının bir hissəsi kimi meydana qayıdacaq”. 
Xatırladaq ki, noyabrda Almaniya millisi 2 yoldaşlıq oyunu keçirəcək. Sabah Naqelsmannın komandası Türkiyə yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Noyabrın 21-də Almaniya millisi Avstriya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO