Yuri Maksimovun yeni iş yeri bilindi

Hazırda oxunan: Yuri Maksimovun yeni iş yeri bilindi

155260

“Keşlə”nin (indiki "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, 54 yaşlı mütəxəssis Ukraynanın "Dnepr-1" klubunun baş məşqçisi təyin edilib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.  

Ukraynalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.  

"Dnepr-1" hazırda Ukrayna Premyer Liqasında 6 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, Yuri Maksimov 2017-2018 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. O, son olaraq ölkəsində "Vorskla"nı çalışdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO