"Liverpul" meydana daxil olan azarkeşi cəzalandırdı

Hazırda oxunan: "Liverpul" meydana daxil olan azarkeşi cəzalandırdı
124149
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Yunayted"ə qarşı matçda meydana daxil olan "Liverpul" azarkeşi polis tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.  

Mersisayd təmsilçisi isə həmin azarkeşi ev oyunlarını keçirdiyi "Enfild"dən ömürlük uzaqlaşdırıb.

Məhdudiyyət Premyer Liqanın bütün arenalarına da şamil edilə bilər. 

Qeyd edək ki, hadisə 88-ci dəqiqədə Roberto Firminonun komandasının 7-ci qolunu vurmasından sonra olub. Həmin vaxt bir azarkeş meydana çıxıb və qolu qeyd edən "Liverpul" oyunçularına tərəf qaçıb. O, sürüşərək Endryu Robertsonu yerə yıxıb. 

Şotlandiyalı müdafiəçi topuğundan tutaraq yerə düşüb. Lakin o, sonda matçı başa vura bilib. Stüardlar fanatı sakitləşdirib meydandan çıxarıblar. 

Qeyd edək ki, "Livepul" evdə "Mançester Yunayted"ə 7:0 hesabı ilə qalib gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO