“Əl-Hilal” Messiyə heç bir təklif göndərməyib - BBC

“Əl-Hilal” Messiyə heç bir təklif göndərməyib - BBC

Hazırda oxunan: “Əl-Hilal” Messiyə heç bir təklif göndərməyib - BBC
114840
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Argentina və Fransanın "Paris Sen-Jermen" klubunun hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçmək təklifi almayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı ispaniyalı jurnalist Guillem Balageyə istinadən yayıb.

Onun sözlərinə görə, Messi Avropa futbolunda oynamaq və Çempionlar Liqası mövsümündə uğur qazanmaq istəyir.
Bundan əvvəl Argentina millisinin kapitanının atası və agenti Xorxe Messinin oğlunun mümkün transferi ilə bağlı “Əl-Hilal” ilə danışıqlar apardığı bildirilib.

Mənbənin məlumatına görə, Xorxe Messi “Əl-Hilal” təmsilçiləri ilə mövsüm üçün 300 milyon avroluq razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Ər-Riyada uçub.

Messinin Fransa klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. PSJ müqavilənin uzadılması ilə bağlı fəal danışıqlar aparır.
Argentinalının Fransaya köçməzdən əvvəl oynadığı “Barselona” da oyunçu ilə maraqlanır və onunla mümkün qayıdışla bağlı danışıqlar aparmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO