Messinin atası Ər-Riyadda -

Messinin atası Ər-Riyadda - "Əl-Hilal"la danışıqlar aparır

Hazırda oxunan: Messinin atası Ər-Riyadda - "Əl-Hilal"la danışıqlar aparır
114486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyənin "Əl-Hilal" klubu ilə danışıqlar aparır.  

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.  

Bildirilib ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada mövsümdə təxminən 300 milyon avro maaşla  olan müqavilə ilə bağlı danışıqlar aparır.

Argentina millisinin kapitanın PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında hesab edilir ki, Messinin transferi və Kriştiano Ronaldonun “Əl Nəsr”ə keçidi yerli liqaya marağı çoxaldacaq. Bu isə ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq. “Əl-Hilal” - “Əl-Nəsr” oyunu Səudiyyə Ərəbistanının əsas derbisidir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO