
- A-
- A
- A+
İdman
23:18 / 10.01.2023
1 dəq oxunma
"DÇ-2026"da da millinin qapıları Messinin üzünə açıq olacaq" - Skaloni
Hazırda oxunan: "DÇ-2026"da da millinin qapıları Messinin üzünə açıq olacaq" - Skaloni
114095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messinin DÇ-2026-da da iştirak etməsini istəyir.
Bizim.Media xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu barədə deyib:
“Düşünürəm ki, bu, mümkündür. Baxmayaraq ki, çox şey onun istəyindən asılı olacaq. Hər şey bu müddət ərzində baş verənlərdən, özünü yaxşı hiss edib-etməyəcəyindən asılı olacaq. Qapılar onun üzünə həmişə açıq olacaq. O, meydanda xoşbəxtdir və oynadığı oyun bizə çox fayda verir".
Qeyd edək ki, Messi özü qalibi olduqları DÇ-2022-nin final matçından əvvəl verdiyi açıqlamada bildirmişdi ki, bu, onun mundialda sonuncu oyunudur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































