Şamaxıda 34 yaşlı kişi göldə boğuldu

Şamaxıda 34 yaşlı kişi göldə boğuldu

Hazırda oxunan: Şamaxıda 34 yaşlı kişi göldə boğuldu

90750
Şamaxı rayonunda bədbəxt hadisə baş verib, şəhər sakini Ramin Əlirza oğlu Əliyev süni göldə boğulub. Hadisə şəhərdən kənar ərazisində qeydə alınıb.

Şamaxı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1981-ci il təvəllüdlü Şamaxı şəhər sakini Ramin Əliyev dünən axşam saatlarında göldə çimərkən batıb. Fövqaladə Hallar Nazirliyinin müvafiq xilasetmə xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Batan şəxsin meyiti bu gün səhər saat 08 radələrində tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırmalar aparılır.

Bundan əlavə, avqustun 14-də Xəzər dənizindən kişi meyiti tapılıb. İyirmi bir yaşlı Ülvi Abdullayevin meyiti bir gün sonra Fövqaladə Hallar Nazirliyi əməkdaşları tərəfində tapılıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO