Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Hazırda oxunan: Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

627837

Qusar rayonunda sosial infrastrukturun müasirləşdirilməsi, o cümlədən təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır. Təhsilalanların peşəkar kadr kimi yetişdirilməsi və keyfiyyətli təhsil almaları üçün rayonun təhsil müəssisələrində abadlıq və yenidənqurma işləri həyata keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu istiqamətdə Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Qusar Peşə Liseyinin həyətində 450 kvadratmetr ərazidə yeni asfalt örtüyü döşənib.
 

Eyni zamanda, liseyin idman zalında şəraitin daha da yaxşılaşdırılması məqsədilə pəncərələrə müasir tor quraşdırılıb. Bu da idman dərslərinin və yarışların daha rahat keçirilməsinə imkan yaradır.


Qusar Rayon İcra Hakimiyyəti tərəfindən rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən şəraitin yaradılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək.

















Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO