Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Hazırda oxunan: Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO
627860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənub bölgəsində ev quşları, xüsusilə toyuqlar naməlum səbəbdən ölür.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu barədə təsərrüfat sahibləri məlumat veriblər.

Onların sözlərinə görə, toyuqlar və ördəklər arasında yayılan xəstəlik quşların qısa müddətdə zəifləməsi və yemdən kəsilməsi ilə başlayır. Bundan sonra quşlar tez bir zamanda tələf olur.

Sakinlər deyir ki, əvvəl quşların mədələri şişir və ağızlarından su gəlir. Bir neçə dəqiqədən sonra isə ölürlər.

Təsərrüfat sahibləri onu da bildirir ki, xəstəliyə qarşı görülən qabaqlayıcı tədbirlər də heç bir nəticə vermir.

Ev quşları arasında kütləvi ölüm halı ilə bağlı təsərrüfat sahibləri heç yerə müraciət etməyiblər.

Ev quşlarının kütləvi tələfatı Lənkəranla yanaşı, Cəlilabad rayonunun bir sıra kəndlərində də müşahidə olunur.

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO - foto 1
Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO