Bir millət, iki dövlətə İstanbuldan zərbə- ŞOK

Bir millət, iki dövlətə İstanbuldan zərbə- ŞOK

Hazırda oxunan: Bir millət, iki dövlətə İstanbuldan zərbə- ŞOK

78892
Moderator.az-a Türkiyədən yenicə dönmüş "Milli Mədəniyyətin Təbliği" ictimai birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın ürək parçalayan məktubu daxil olub. Sən demə, qardaş Türkiyədə minlərlə azərbaycanlı uşaq ailəsinin sənədlərinin qaydasında olmaması səbəbindən məktəblərə buraxılmır və nəticədə aşağıdakı dəhşətli mənzərə yaranır:

"Əslində İstanbula başqa niyyətlə getmişdim. İş elə gətirdi ki, həmvətənlərimizin təhsillə bağlı problemlərini dinləməli oldum. Eşitdiklərim, gördüklərim məni ən azından sarsıtdı.  Sizə bir ailənin təhsillə bağlı aldığı təpkilərdən söz açacam, lakin belə ailələr təkcə İstanbulda 2000 civarındadır. Və anlaşılan bu ki,  belə davam etsə yaxın gələcəkdə  ağrılı problemlər qaçılmaz olacaq. Azərbaycanda  da təhsilimizdəki əyintilər, özbaşnalıqlar, qeyri-peşəkarlıq bəlli. Lakin təhsilin səviyyəsi nə qədər aşağı olsa da ən azından orta məktəbi bitirən şagird yazıb oxuya bilir... 

İstanbulun  tekstil fabrikalarında, tikinti meydanlarında çalışan həmvətənlərimizin balaları məktəbə gedib təhsil almaq imkanından məhrumdurlar. Yaşı 10-15 olan uşaq bir hərf belə tanımır...Nədən??? Səbəbini çox aydın izah edirlər..”x9dqeydiyyatınız yoxdursa...balalarınız  məktəbin qapısını belə aça bilməz”x9d  ....Gəlin  bütün bunları elə  qonağı olduğum Talıbzadələr ailəsinin öz dilindən eşidək...

İlyas (13 yaş), Məhəmməd (10yaş) və Yusif (6 yaş)...

Rəsmlərdən  sizə boylanan bu üç məsum baxışlı balalara diqqətlə baxın. Bu balaların yeganə arzusu  həmyaşıdlarına qoşulub məktəbə getməkdir, vəssalam! Bəs nə baş verir? Araşdırdıqca ən birinci elə özümü günahkar bildim...
Bir az yaxın əyləşin, sizə  danışdıqlarımı uydurma bir nağıl hesab etməyin, hərçənd bəlkə də mən kiminsə dilindən  bu deyəcəklərimi eşitsəydim inanmazdım...
Beləliklə, 14 ilə yaxın İstanbulun ucqar məhəllərinin birində kirayənişin yaşayan bir Talıbzadələr ailəsi var. Əslən Naxçıvanın Şərur rayonunun Dəmirçi kənd sakini olan bu ailə İstanbulda tekstil fabrikində sutkada 12-14 saat ağır fiziki əməklə çalışan yeganə ailə deyil. Ailənin başçısı Ələkbər və xanımı Şahnazla saatlarla söhbət etdik. Çalışdıqları məkanı ziyarət etdim. Bu qədər çətin, dözülməz şərtlər altında tər tökmək vətəndə yaşamaqdan bu qədərmi asandır? Danışmaq üçün bir-birinə aman verməyən uşaqları, valideynlərə qulaq asdıqca üzülürdüm. Şahnaz xanımı göz yaşlarını zorla boğaraq  dediklərini eyniylə sizə çatdırıram:
”x9dBir parça çörək tapmışıq, nə olsun, kimə lazımdı savadsız, biliksiz uşaqlar? Yəni bizim dövlətimiz Türkiyə dövlətiylə bir anlaşma yapa bilməzmi? 13 yaşında uşaq hərf tanımır, məktəbə qəbul etmirlər, padvallarda  işləməkdən astma xəstəliyi tutub balam. Nə günahımız var bizim? Məhəmmədim oxumaq üçün alışıb yanır. Məcbur olub "Quran" dərsinə qoymuşuq. İndi Yusifin məktəbə getmək yaşıdı, amma nə edim? Üç oğul böyüdürəm vətənə. Belə çıxır ki, bu balalarımı ancaq əsgər getmək üçün böyüdürəm? Savadsız əsgər  də heç kimə lazım deyil! Nə vaxta qədər qaçaq yaşayacağıq? Qaçaq olduğumuz üçün əmək haqqımızı da kəsirlər, bilirlər ki, dinən deyilik. Bunu nə yer götürər, nə göy...”x9d
...İstanbulda 2 mindən artıq  həmvətənlərimizin tekstil fabrikalarının yarınəm zirzəmilərində canı çıxan həmvətənlərimizin  taleyinə bu qədər biganə  münasibətin adını nə qoyaq sizcə? Dəfələrlə konsulluğa şəxsən Həsən Zeynalova müraciət olunub. Yəni doğurdanmı məktəbyaşlı uşaqların qeydiyyatı olmadıqları üçün ən ağır fiziki işdə çalışmalıdırlar? Türkiyədə demokratiya, "iki dövlət bir millət" dedikdə bunların üstündən sakit, səssiz keçəkmi? "Quran" dərsinə olar, ancaq məktəbə olmaz, hansı məntiqlə yanaşmadır bu? 

Mən İstanbulda bir neçə ailənin qonağı olub problemlərini dinlədim. Türklər demiş,  maləsəf, əlimdən heç bir şey gəlmir. Bu problemlər dövlət səviyyəsində həll olunmalı məsələlərdir. Dönə-dönə israrla  “Nə qədər olmasa, bəlkə  qayıdasınız kəndinizə, ən azından uşaqlar təhsil alsın deyə”x9d məsləhət vermək istədim. İşin ən çətin tərəfi də bu ki, vətəndə də iş  tapmaq dəryada balıq sevdasına bənzər. Vəssalam!

 P. S. Ümid sonda ölür deyirlər... Özümü inandırmağa çalışdım ki, mütləq bir vicdanlı məmurun diqqətini çəkəcək bu  yazı...

Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri. Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO