İsmayıllıdakı qəzada ölən və xəsarət alanların adları məlum olub -  VİDEO

İsmayıllıdakı qəzada ölən və xəsarət alanların adları məlum olub - VİDEO

Hazırda oxunan: İsmayıllıdakı qəzada ölən və xəsarət alanların adları məlum olub - VİDEO

57149
İsmayıllı rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində ölənlərin və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, 99-CJ-822 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun İsmayıllı rayonu ərazisində yoldan çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Pünhanə Mürşüdova və 1990-cı il təvəllüdlü Elşən Rəşidov aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. 
 
Mikroavtobusun sürücüsü, 1984-cü il təvəllüdlü Vüsal Manafov, eləcə də sərnişinlər -1968-ci il təvəllüdlü Sahil Nurməmmədov, 1971-ci il təvəllüdlü Fəridə Məhərrəmova, 1964-cü il təvəllüdlü Məhayət Musayeva, 1969-cu il təvəllüdlü Fərrux Səlimov, 1989-cu il təvəllüdlü Azər Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO