Musavat.com-un məlumatına görə, hava şəraitinə baxmayaraq, Müsavat Partiyasının rəhbərliyi, müsavatçılar, o cümlədən, Rəsulzadənin silahdaşı Cəmil Ünal Novxanıya qədər gedib çıxa biliblər. Artıq aksiya başlayıb. Məhəmməd Əmin Rəsulzadənin abidəsi önünə əklil qoyulub.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə doğulub. Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindəndir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.



































































































