ABŞ-nin Bağdaddakı səfirliyi İraqda fəaliyyət göstərən Amerika vətəndaşlarına müraciət edərək, onları təhlükəsizlik tədbirlərini gücləndirməyə və ayıq-sayıqlığı maksimum dərəcədə artırmağa çağırıb. Buna səbəb ölkənin şimalındakı Ərbil şəhərində baş verən pilotsuz uçuş aparatı (PUA) hücumudur.
Bizim.Media xəbər verir ki, səfirlik tərəfindən yayımlanan təhlükəsizlik xəbərdarlığında ABŞ vətəndaşlarına yerli medianı diqqətlə izləmək və yerli hakimiyyət orqanlarının təlimatlarına ciddi əməl etmək tövsiyə olunub.
Məlumatda həmçinin vurğulanıb ki, bölgədəki hərbi aktivlik səbəbindən aviareyslərin qəfil təxirə salınması və hava məkanının xəbərdarlıq edilmədən bağlanması halları baş verə bilər.
Səfirlik Dövlət Departamentinin İraq üçün qüvvədə olan 4-cü səviyyəli "Səyahət etməyin" (Do Not Travel) xəbərdarlığını bir daha xatırladıb. Buna səbəb kimi ölkədəki yüksək terrorizm, adam oğurluğu, silahlı münaqişə və mülki iğtişaşlar riski, habelə Vaşinqtonun İraqdakı ABŞ vətəndaşlarına fövqəladə konsulluq yardımı göstərmək imkanlarının olduqca məhdud olması göstərilib.
"Heç bir səbəbdən İraqa səyahət etməyin", – deyə rəsmi çağırışda qeyd olunur.
Hazırda ölkəni tərk etmək istəyən şəxslərə isə hava limanlarına getməzdən əvvəl uçuş cədvəllərini aviaşirkətlərlə dəqiqləşdirmək tapşırılıb.
Qeyd edək ki, bu xəbərdarlıq çərşənbə günü axşam saatlarında Ərbil şəhərində bir neçə güclü partlayışın qeydə alınmasından sonra edilib. Ərbildə fəaliyyət göstərən "Rudaw" media şəbəkəsinin məlumatına görə, partlayışlar hava hücumundan müdafiə sistemlərinin şəhər üzərində naməlum PUA-nı zərərsizləşdirməsi nəticəsində baş verib.
Hadisə ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. Tərəflər arasında münaqişəyə son qoymaq məqsədilə Pakistanın vasitəçiliyi ilə əldə olunmuş anlaşma memorandumuna baxmayaraq, Vaşinqton və Tehran qarşılıqlı zərbələr endirməkdə davam edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:56 / 17.07.2026
“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
Hazırda oxunan: “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
Hazırda oxunan: “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
625792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































