Türkiyədə "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.
Bizim.Media İHA-ya istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb Haluk Leventin təsis etdiyi “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaqdır.
Oğuzhan Uğurla yanaşı daha 6 nəfərin saxlanıldığı bildirilir. Onların adı hələlik açıqlanmayıb.
Qeyd edək ki, biznesmen Cem Başaranın "Ahbap" dərnəyinin rəhbəri Haluk Leventə qarşı prokurorluğa etdiyi şikayət ərizəsində, təxminən 60 milyon dollar dəyərindəki mülklərinin fırıldaqçılıq yolu ilə mənimsənildiyi iddia olunmuşdu.
Şikayətdə qeyd edilirdi ki, şübhəlilər "kimsəsiz qız tələbələr üçün yataqxana tikiləcəyi" və xaricdən fond daxil olacağı vədi ilə çox sayda əmlakın transferini həyata keçiriblər, lakin qarşı tərəfə heç bir ödəniş edilməyib.
İddiaya əsasən İstanbul, Trabzon və Karamanda yerləşən cəmi 22 daşınmaz əmlak əvvəlcə Yeliz Kayaya, daha sonra isə Esin Önder Çağlayan və onunla əlaqəli şirkətlərə ötürülüb.
Bizim.Media



































































































