İran gecə saatlarında Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib.
Bizim.Media xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriyanın cənubundakı əl-Tanf hava bazası yaxınlığında yerləşən ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə zərbə endirdiyini açıqlayıb.
İran tərəfinin iddiasına görə, hücum nəticəsində radar sistemi və bir neçə hərbi helikopter məhv edilib, həmçinin "əhəmiyyətli sayda" ABŞ hərbçisi həlak olub. ABŞ tərəfindən isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bundan əlavə, İran Ordusunun Bəhreyndə ABŞ-a məxsus helikopterlər və kəşfiyyat təyyarələrinin yerləşdiyi hava bazasına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi bildirilib.
İranın "Tasnim" agentliyinin məlumatına görə, hücum ABŞ-nin İrana qarşı əməliyyatlarına cavab olaraq başladılan və Yaxın Şərqdəki Amerika bazalarını hədəf alan "İldırım" əməliyyatının tərkib hissəsidir.
Bununla yanaşı, İran pilotsuz uçuş aparatlarının Küveytin İraq sərhədinə yaxın ərazilərinə də hücum etdiyi barədə məlumat yayılıb. Hücumun hədəfi və nəticələri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Gərginlik Qətərə də təsir edib.
Paytaxt Doha şəhərində partlayış səsləri eşidilib. İlkin məlumata görə, səslər hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olub. Bundan əvvəl isə Qətərin Daxili İşlər Nazirliyi şəhər sakinlərinin mobil telefonlarına təhlükəsizlik təhdidinin səviyyəsinin yüksəldiyi barədə xəbərdarlıq göndərərək onları təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Beləliklə, İranın gecə həyata keçirdiyi əməliyyatlar Suriya, Bəhreyn, Küveyt və Qətəri əhatə etməklə regionda gərginliyi daha da artırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:37 / 17.07.2026
İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO
Hazırda oxunan: İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO
Hazırda oxunan: İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO
625789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































