Qaradağ rayonunun Puta qəsəbəsində şair Mikayıl Müşfiq və digər repressiya qurbanlarına aid olduğu ehtimal edilən qalıqların aşkar edildiyi yer hasara alınıb.
Moderator.az "ATV Xəbər"ə istinadən bildirir ki, sümüklər komissiya tərəfindən götürülüb.
Müayinələrdən sonra qalıqlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim ediləcək.



































































































