5-ci sinif şagirdi 3 yaşlı usağı boğulmaqdan xilas etdi  - İBRƏTAMİZ + FOTO

5-ci sinif şagirdi 3 yaşlı usağı boğulmaqdan xilas etdi - İBRƏTAMİZ + FOTO

Hazırda oxunan: 5-ci sinif şagirdi 3 yaşlı usağı boğulmaqdan xilas etdi - İBRƏTAMİZ + FOTO

239312
Dağıstan Respublikasının Qunib rayonunun rəhbərliyixa0 üç yaşlı uşağı ölümdən xilas etmiş beşinci sinif şagirdi Hacı Baaçevi fəxri diploma layiq görüb.xa0

Moderator.az yerli mediaya istinadla xəbər verir ki, ibrətamiz olay bir neçə gün öncə Soqratlı kəndi yaxınlığında baş verib. Kənd uşaqları dərin hovuzun yanında oynayarkən 3 yaşlı bir uşaq suya yıxılıb və batmağa başlayıb. Bunu görənxa0 11 yaşlı Hacı Baaçev tərəddüd etmədən suya atılıb. Məktəbli böyük çətinliklə də olsa, boğulmaqda olan azyaşlı oğlanı sahilə çıxarmağa müvəffəq olub və ona ilk yardım göstərib.

Balaсa xilaskara tərifnamə və hədiyyə təqdim edən rayon administrasiyasının nümayəndəsi Umaxan Çupanov bütün kənd adından onun valideynlərinə minnətdarlıqlarını ifadə edib.

"Sənin hərəkətin rayonun bütün məktəbliləri üçün layiqli nümunədir. Sən qəhrəmanlıq və cəsarət rəmzi oldun. Sənə təhsildə uğurlar və idman zəfərləri diləyirəm ", - deyə U.Çubanov bildirib.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO