Azərbaycanda sərxoş sürücü 7 gənci vurdu:  1 ölü, 6 yaralı

Azərbaycanda sərxoş sürücü 7 gənci vurdu: 1 ölü, 6 yaralı

Hazırda oxunan: Azərbaycanda sərxoş sürücü 7 gənci vurdu: 1 ölü, 6 yaralı
206193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Dekabrın 31-dəxa0 axşam saatlarında İmişli şəhərində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.

İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu "VAZ 2107" markalı "30 VD 026" dövlət nömrə nişanlı avtomobili idarə edərkən H.Əliyev prospektində dəhşətli yol-nəqliyyat hadisəsi törədib.

S. Mehdiyev idarəetməni itirərək avtomobili yolun kənarı ilə hərəkət edən 7 gəncin üstünə sürüb. Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər ”“İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.

Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO