Türkiyəli gənclər İncirlik hərbi bazası önündə etiraz askiyası keçiriblər
Anadolu gənclər assosiasiyasıının fəalları İncirlik hərbi bazası önündə ABŞ-ın Tükriyədəki dövlət çevrilişinə cəhd də iştirakına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Moderator.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, gənclər ABŞ-ı Türkiyədəki çevrilişdə əli olmaqda ittiham edərək, ölkənin daxili işlərinə qarışmaqda qınayıblar.
Bundan öncə isə "Yeni Şafak" qəzeti amerikalı general, Ameriakının Əfqanıstandakı qüvvələrinin sabiq komandanı Con Kempbellin qiyamçılara yardm etdiyini və onlarla İncirlikdə gizli görüşlər keçirdiyini iddia etmişdi.
Aksiyada gənclər Amerika əleyhinə şüarlar da səsləndiriblər.
































































































