Deputatın qohumu iki tələbəni maşınla vurdu

Deputatın qohumu iki tələbəni maşınla vurdu

Hazırda oxunan: Deputatın qohumu iki tələbəni maşınla vurdu

111588
Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub.
 
Report-un xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib.
 
Şahidlərin bildirdiyinə qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsini görməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir.
 
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
 
Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO