Yanacaq və motor yağlarına görə ayrılan vəsait 25 faiz artırıldı- Sərəncam

Yanacaq və motor yağlarına görə ayrılan vəsait 25 faiz artırıldı- Sərəncam

Hazırda oxunan: Yanacaq və motor yağlarına görə ayrılan vəsait 25 faiz artırıldı- Sərəncam

75327
Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə ayrılan vəsait 25 faiz artırılıb.

Azərbaycan prezidenti İlham Əliyev “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”x9d sərəncam imzalayıb.

Moderator.az -ın məlumatına görə, Nazirlər Kabinetinə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”x9d xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılmasını təmin etmək tapşırılıb.

Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq”x9d Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilməlidir.

Maliyyə Nazirliyi isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO