SOCAR məlumat yaydı.
Novruz bayramı günlərində Astara rayonunun Telman kəndinə, Zaqatala rayonunun Əliabad qəsəbəsinə, Lənkəran rayonunun Şıxakəran, Şabranın Pirəbədil kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Bu barədə Moderator.az -a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev Astara rayonunun Telman kəndində bildirib ki, ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.





























































































