Təbrizdə Gəncənin  mədəniyyət günləri təşkil olunacaq

Təbrizdə Gəncənin mədəniyyət günləri təşkil olunacaq

Hazırda oxunan: Təbrizdə Gəncənin mədəniyyət günləri təşkil olunacaq

73602
Apreldə Təbrizdə Gəncənin  mədəniyyət günləri təşkil olunacaq.
 
Bu barədə Moderator.az-a açqlamsında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə, Gəncənin mədəniyyət sərgisi aprelin sonlarında təşkil olunacaq.  Sərginin keçirildyi ərəfədə Gəncədən  mədəniyyət və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti Təbrizə səfər edəcək.
Sərgi çərçivəsində Gəncənin qədim mədəni irsi Təbriz sakinlərinə təqdim ediləcək.

Səfir onu da  bildirdi ki, bir neçə aydan sonra isə Gəncədə Təbriz mədəniyyət sərgisi təşkil olunacaq.

“Yay aylarında isə İranda Azərbaycan mədəniyyət həftəsi təşkil olunacaq”x9d, -deyən diplomat əlavə etdi ki, aprelin 2-də İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sanayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifərin Azərbaycana səfəri nəzərdə tutulur. 

“Aprelin 2-dən 4-nə kimi davam edəcək səfər çərçivəsində İranın vitse-prezidenti Bakıda keçiriləcək “AİTF”x9d Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etməklə yanaşı,  keçriəcəyi görüşlərdə  iki ölkə arasında yaxın müddətdə mədəniyyət tədbirlərini müzakirə edəcək.”x9d

Son dövrlərdə iki ölkə arsındakı mədəniyyət sahəsindəki əlaqələrin inkişafına  toxunan səfir onu da əlavə etdi ki, ölkələrimiz kino və musiqi sənəti sahəsində də sıx əməkdaşlıq edir: 

“Artıq kino sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində  son dövrlərdə müştərək filmlər çəkilməkdədir. Musiqi sahəsində əməkdaşlığıa gəldikdə isə, xüsusən muğam sahəsində əməkdaşlığa üstünlük verilir.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO