Ədalət Partiyası bəyanat yaydı...

Ədalət Partiyası bəyanat yaydı...

Hazırda oxunan: Ədalət Partiyası bəyanat yaydı...

72325
Moderator.az-a Ədalət Partiyasının bəyanatı daxil olub. Bəyanatda deyilir:

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son müsahibəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təmsil etdiyi ölkənin apardığı siyasəti açıqlayıb. Çox təəssüf ki, bu dəfə də Amerikalı həmsədrin məsələyə münasibətində ermənipərəst mövqeyi açıq-aşkar görünür. Belə ki, C.Uorlik deyir ki, “Danışıqlar prosesində Dağlıq Qarabağ əhalisinin maraqları nəzərə alınmalıdır. Məhz bu səbəbdən həmsədrlər Dağlıq Qarabağa səfər edir, de-fakto rəhbərlik və icmanın digər üzvləri ilə görüşür”x9d. 
Ədalət Partiyası indiyədək dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk Qrupu problemi həll etmək əzmini nümayiş etdirmir və məsələni mürəkkəbləşdirməkdədir. Belə ki, C.Uorlikin dediyi “Dağlıq Qarabağ əhalisi”x9d anlayışı qəbul edilə bilməz və bu Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn iddiadır. Bu qurum heç bir əsas olmadan Dağlıq Qarabağda yaşayan bir qrup erməni azlığının “xalq”x9d statusuna malik olmasını ictimai fikrə yeritməyə çalışır. Halbuki ermənilər bir xalq kimi öz müqəddəratını həll edərək Ermənistan dövlətini yaradıblar. 
Bütün bunlar bir daha sübut edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsinin obyektiv həllinə deyil, onun Azərbaycandan de-yure qoparılmasına çalışır. Ona görə də Ədalət Partiyası bu qurumun vasitəçiliyindən imtina edilməsinə və problemin BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə əsasında həllinə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO