Daşqın Şikarov səfirliklə bağlı ittihamlara cavab verdi

Daşqın Şikarov səfirliklə bağlı ittihamlara cavab verdi

Hazırda oxunan: Daşqın Şikarov səfirliklə bağlı ittihamlara cavab verdi
66893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az saytında yer alan “Pakistandakı səfirimiz haqqında haqlı narazılıq”x9d sərlövhəli yazı (//moderator.az/?xeber=66835 ) ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarovun etirazına səbəb olub. Məqalədə yer alan fikirlərin həqiqəti əks etdirmədiyini bildirən səfir, saytımıza yolladığı yazılı açıqlamada səfirliyin Pakistanın Pəncab əyalətində keçirilən tədbirlərə diqqət çəkib:

“Sizin informasiya agentliyinin səhifəsində  12.01.2015 ”“ci il tarixində dərc edilmiş  “Pakistandakı səfirimiz haqqında haqlı narazılıq”x9d, “Azərbaycanın Pakistandakı Səfirliyi bu 9 ildə bir dəfə də olsun Lahorda tədbir keçirməyib”x9d adlı  məqaləsinə cavab olaraq bildirirk ki qeyd olunan məqalə həqiqəti əks etdirmir. Belə ki,  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, həmçinin Azərbaycanın Pakistandakı səfirliyinin iştirakı ilə Pakistanın 4 əyalətinin ”“ Pəncab, Sind, Bəlucistan və Xeybər Paxtunhva əyalətlərinin hər birində onlarla tədbirlər həyata keçirililmişdir. Məqalədə “Azərbaycanın Pakistandakı Səfirliyi bu 9 ildə bir dəfə də olsun Lahorda tədbir keçirməyib”x9d yazısına cavab olaraq paytaxtı Lahor şəhəri olan Pəncab əyalətində keçirilən tədbirlərin qısa ardıcıllığını diqqətinizə təqdim edirəm. (Məqalədə Lahor şəhəri qeyd olunduğu üçün yalnız Pəncab əyalətində keçirilən tədbirləri diqqətinizə təqdim edirəm. Pakistanın digər əyalətlərdə keçirilən tədbirlərlə səfirliyin www.azembassy-pakistan.com adresindən və yaxud  google.az saytına axtarış verməklə tanış olmaq olar) 

30.04.2012-ci il tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Lahor şəhərində Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmışdır.

12.08.2012-ci tarixində Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Lahorda və Pəncab əyalətinin müxtəlif  şəhərlərində fəaliyyət göstərən “Pakistan Sweet Home”x9d-da iftar süfrəsi təşkil olunmuşdur.

24.02.2013 Lahor  şəhərində  Azərbaycan ”“ Pakistan  Fondu ilə birgə  Xocalı soyqırımına  həsr edilmiş “Xocalı Soyqırımı-BMT-yə ünvanlanmış  suallar”x9d adlı seminar keçirilmişdir.

23.03.2013-cü il tarixində Pəncab Əyalətinin Ravalpindi şəhərində Novruz bayramı tədbiri keçirilmişdir.

2013-cü il 17-18 oktyabr tarixlərində Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, Lahor şəhərlərində Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı ilə əlaqədar humanitar xarakterli tədbirlər həyata keçirilmiş, yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqəsinə paylanılmışdır.

09.10.2013 Lahor şəhərinin “SOS Village”x9d (“SOS ”“ kəndi”x9d kimsəsizlər evində 500 nəfər kimsəsiz uşaq məskunlaşmışdır) uşaqlar evi həmçinin, ərazidə yaşayan imkansız sakinlər üçün qurbanlıqlar kəsilərək paylanılmışdır.

12.04.2014-ci il tarixində Pəncab Əyalətinin Lahor şəhərində fəaliyyət göstərən Ancuman Süleymaniya  məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun  Prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilmişdir, hədiyyələr paylanılmışdır.

30.09.2014-ci il tarixində İslamabad şəhərində və Pəncab əyalətinin Ravalpindi şəhərində yerləşən Beyt-ul-Mal kimsəsiz uşaqlar evində Heydər Əliyev Fondunun  Prezidenti,  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı ilə əlaqədar tədbir keçirilmişdir.

2014-cü ilin 06 və 07 oktyabr tarixlərində Qurban bayramı münasibəti ilə Pəncab əyalətinin sel daşqınlarından zərər çəkmiş Multan və Okara şəhərləri həmçinin Ravalpindi şəhərində yüzlərlə iribuynuzlu və xırda buynuzlu heyvanlar kəsilərək imkansız insanlara paylanılmışdır. Eyni zamanda kimsəsiz uşaqlar evlərində bayram süfrələri və əyləncə proqramları təşkil olunmuşdur.

30.10.2014-cü il tarixində Pəncab əyalətinin sel daşqınlarından zərər çəkmiş  Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din,  Sialkot, Sarqodha, Cang  və Hafizabad şəhərlərində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyaları keçirilmişdir.

Hal-hazırda  Pəncab əyalətinin Qucurxan bölgəsində  “20 Yanvar Şəhidləri”x9d ”“nin xatirəsinə bulaq kompleksi inşa edilir, 15.01.2015-ci ildə bulaq kompleksinin açılış mərasimi keçiriləcəkdir.

 Adı çəkilən tədbirlərin hər birində Azərbaycanın Səfiri və səfirliyin əməkdaşları, həmçinin Pakistanın nüfuzlu senatorları, Milli Assambleyanın üzvleri, Əyalətin nazirləri və nüfuzlu şəxsləri  iştirak etmişlər.

Buna əlavə olaraq bildirilir ki, Azərbaycan Səfirliyinin bir başa dəstəyi ilə Lahor şəhərində fəaliyyət göstərən Azərbaycan-Pakistan fondu yaradılmışdır. Fondun Prezidenti Azərbaycan Diplomatik Akademiyasının məzunu Naman Zəfər Çoudridir.

Bütün bunlarla yanaşı Azərbaycanın Pakistandakı Səfiri dəfələrlə Lahor şəhərinə səfər edərək Pəncab əyalətinin Qubernatoru, Spikeri, Əyalətin nazirləri,  Ticarət və Sənaye Palatasının sədri, əyaləti təmsil edən Milli Assambleyanın deputatları,  xarici işlər nazirliyinin əyalət üzrə təmsilçisi, digər əyalət rəsmiləri, aparıcı siyasətçiləri,  ilə görüşmüş, bir sıra konfraslarda iştirak etmişdir.

Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi və Səfirliyin iştirakı ilə Pakistanın digər əyalətlərində də bir sıra  tədbirlər həyata keçirilmişdir. Buna misal olaraq,  terrordan əziyyət çəkən və iqtisadi cəhətdən geridə qalan Xayber Paxtunxva, Bəlucistan və Sind əyalətlərində müxtəlif humanitar layihələr,  həmçinin   Kəşmirdə Qızlar məktəbinin inşası, Heydər Əliyev Su Təchizatı layihəsinin icrası, Xayber Göz klinikasının yeni blokunun və gözləmə otaqlarının tikintisi və həmin xəstəxanada pulsuz əməliyyatların keçirilməsi, Həmzə Fonduna laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilinin və 2 min ədəd qan paketinin  hədiyyə edilməsi, Peşavar,  Lakki Marvat və Serebral İflic klinikalarında pulsuz müayinə, Saif Fonduna xeyriyyə fonduna yardımların edilməsi, “Edhi Homes”x9d ”“da minlərlə insanlara hepatit virusuna qarşı peyvəndlərin ediməsi,  Külsüm İnternational ürək klinikasında açıq ürək əməliyyatları,  Ramazan ayında iftar süfrələrinin təşkil olunması, qurbanlıqların kəsilməsi, Pakistanın 12 Universitetində  Heydər Əliyev guşəsinin yaradılması,  Milli Kitabxanada Heydər Əliyev guşəsinin yaradılması, Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi otaqlarının açılışı və digər tədbirlər qeyd oluna bilər.    

Yuxarıda qeyd olunan tədbirlər Pəncab Əyalətinin Lahor və digər şəhərlərində kecirilmiş və keçirilən tədbirlər haqqında Pakistan və Azərbaycan mətbuatında, həmçinin, Səfirliyin  (azembassy-pakistan.com) internet saytında ətrafli məlumatlar dərc olunmuşdur.  Pəncab Əyalətindən əlavə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində (Xeybər Paxtunhva, Sind və Bəlucistan) 30-dan çox müxtəlif humanitar tədbirlər həyata keçirilmişdir.

Məlumat üçün bildirirəm ki, Moderator.az saytı Pəncab Əyalətinin Lahor və digər şəhərlərində keçirilən bir neçə tədbiri öz səhifəsində  işıqlandırmışdır.

 

//www.moderator.az/?xeber=39010    (27.12.2013)

 

//www.moderator.az/?xeber=30995   (20.07.2013)

 

//www.moderator.az/?xeber=44672   (18.04.2014)

 

//www.moderator.az/?xeber=57482   (08.10.2014)”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO