Suraxanıda Müsavatdan kütləvi istefalar...

Suraxanıda Müsavatdan kütləvi istefalar...

Hazırda oxunan: Suraxanıda Müsavatdan kütləvi istefalar...

63350
Seçki məhbusu Zakir İsmayılovun oğlu Tahir İsmayılov və veteran müsavatçı Nizami Sadıxov da qurultayın nəticələrinə və qurultaysonrası narazılara qarşı yeni başqan Arif Hacılının sərgilədiyi münasibətə etiraz əlaməti olaraq Müsavatdan istefa veriblər.

 Bu barədə onlar bir az əvvəl Moderator.az-a danışıblar.

Qeyd edək ki, hər iki şəxs Musavatın Suraxanı rayon təşkilatının üzvü olublar və istefalarına səbəb kimi partiyada avtoritar idarəetməni və demokratiyanın boğulmasını göstəriblər. Bu azmış kimi onların söylədiklərinə görə Suraxanı təşkilatında hamı baş verənlədən xəyal qırıqlığı keçirir və kütləvi istefaların baş verəcəyi gözlənilir. Təşkilatın sədri Rövşən Dəmirlidir. 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO