“Azərbaycanda QHT-lərin xarici donorlardan asılılığı azaltmaq və Azərbaycanın QHT-lərinin beynəlxalq layihələrində iştirakı istiqamətində hökumət ciddi addımlar atmalıdır”x9d.
Moderator.az xəbər verir ki, bu fikri Milli Məclisin sədr
müavini Bahar Muradova büdcə müzakirəsi zamanı deyib. Onun
sözlərinə görə, Azərbaycan QHT-ləri beynəlxalq layihələrdə iştirak etməli və bu
cür layihələr maliyyələşdirilməlidir:
“Biz
QHT-lətlə daha sıx əməkdaşlıq etməklə Azərbaycan, Qarabağ həqiqətlərini dünyaya
çatdıra bilərik. Ona görə də bu sahəyə ayrılan vəsati kifayət deyil və bu vəsait
artırılmalıdır.”x9d
B. Muradova onu da əlavə etdi ki, artıq prezident yanında
QHT-lərə dəstək Şurası keçən il ərazində 20-yə yaxın ölkədə beynəlxlaq layihələr
həyata keçrib və bu prosesə xaricdə fəaliyyət göstərən QHT-lər də iştirak edib:
“Onlar
da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
işlər görüb. Biz xarici QHT-lərinin bu imkanından effiktiv istifadə etmək
üçün beynəlxalq layihələri maliyyələşdirməliyik və hökumət bi istiqamətdə ciddi
addımlar atmalı və məsuliyyəti üzərinə götürməlidir. Bununla həm biz xarici
donorların asılığında azad olmuş olacağıq, həm də Azərbaycan həqiqətlərinin
dünyaya çatdıra bilərik.”x9d































































































