Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Hazırda oxunan: Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

625813

Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada işıqforları quraşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonunda, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud işıqfor obyektləri təkmilləşdirilib.


DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilən işlər çərçivəsində kəsişmədə iki ədəd yeni piyada dirəyi və piyada işıqforu quraşdırılıb.

Eyni zamanda, mövcud dirəklərə iki ədəd yeni piyada bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeni piyada işıqforlarının quraşdırılması Atatürk və Ayna Sultanova parkları arasındakı, həmçinin parkdan digər obyektlərə keçidin piyadalar üçün daha təhlükəsiz və rahat olmasını təmin edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO