Zelenski Azərbaycanəsilli məmuru işdən ÇIXARDI

Zelenski Azərbaycanəsilli məmuru işdən ÇIXARDI

Hazırda oxunan: Zelenski Azərbaycanəsilli məmuru işdən ÇIXARDI

625819

Timur Tkaçenko Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı fərman imzalayıb.
 

Qeyd edək ki, əslən Azərbaycandan olan T.Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. Hələ may ayında yerli mətbuatda onun istefa ərizəsi yazdığı barədə məlumat yayılmışdı.


36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO