
- A-
- A
- A+
İdman
11:28 / 17.07.2026
Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR
Hazırda oxunan: Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR
625830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
Bizim.Media xəbər verir ki, o, II təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda" və Şimali İrlandiyanın "Larn" komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək. Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.
Qeyd edək ki, iyulun 29-da Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































