Vaqif Nəbiyev vəfat etdi – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Hazırda oxunan: Vaqif Nəbiyev vəfat etdi – FOTO

625851

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
 

Qeyd edək ki, Vaqif Nəbiyev 1947-ci il noyabrın 30-da Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 1966-cı ildə Marneuli şəhər 1 nömrəli orta məktəbini, 1973-cü ildə isə BDU-nun Jurnalistika fakültəsini bitirib.


Əmək fəaliyyətinə 1973-cü ildə "Maarif" nəşriyyatında korrektor kimi başlayıb, 1974-cü ildən BDU-da çalışıb. O, Sov.İKP tarixi (sonralar Siyasi tarix) kafedrasında baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb, 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi olub.

Vaqif Nəbiyev 30-dan çox elmi əsərin, o cümlədən "Siyasi tarix" və "Azərbaycan tarixi" fənləri üzrə proqramların müəllifi olub.

Allah rəhmət eləsin!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO