Dədə Qorqud parkı: Vətəndaşlar vahimə içində

Dədə Qorqud parkı: Vətəndaşlar vahimə içində

Hazırda oxunan: Dədə Qorqud parkı: Vətəndaşlar vahimə içində

51989
Paytaxtın mərkəzində istifadəyə verilən Dədə Qorqud parkına gələnlər övladını bu parka gətirməyə ehtiyat edir.

 
Buna səbəb 2013-cü ildən istifadəyə verilən parkın azyaşlı uşaqlar üçün təhlükəli hesab edilməsidir.

 
Paytaxt sakini Ramid Nəzərov əməkdaşımıza bildirib ki, yaradılan su hövzəsi parka xüsusi yaraşıq versə də, əslində körpələr üçün çox təhlükəlidir: “Mən bu ərazidə yaşayıram. Demək olar ki, hər gün axşam bu parka dincəlməyə gəlirəm. Amma körpəsiz. Çünki yaradılan süni göldə maneələr qoyulmayıb. Uşaqların bir neçə saniyə nəzarətsiz qalması faciəyə səbəb ola bilər”.

 
Şəhər sakini Zakir Bayramov isə problemin qabaqcadan aradan qaldırılmalı olduğunu deyir: “Bunu park inşa ediləndə fikirləşməli idilər. Gərək kiminsə övladı hovuza düşüb boğulsun, sonra bunu düzəltsinlər?! Mən nəvələrimi parka gətirmirəm. Çünki bilirəm ki, ani ehtiyatsızlıq və nəzarətin yayınması uşağın hovuzda boğulmasına səbəb ola bilər”.

 
Qeyd edək ki, 2013-cü ildə paytaxtın mərkəzi hissəsində istifadəyə verilən Dədə Qorqud parkının ümumi sahəsi 6 hektardan çoxdur. Burada müxtəlif bitkilər, ağac növləri göz oxşasa da, təqribən 3 hektar ərazidə yaradılan göl uşaqlar üçün kifayət qədər təhlükəlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO