Prezident İlham Əliyev “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” fərman imzalayıb.
Fərmanda deyilir:
“Müəyyən edilsin ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin qeyri-qanuni hazırlanmasının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlər üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir”.





































































































