“Bəzən deyirlər milçək bir şey deyil, ürək bulandırır...”

“Bəzən deyirlər milçək bir şey deyil, ürək bulandırır...”

Hazırda oxunan: “Bəzən deyirlər milçək bir şey deyil, ürək bulandırır...”

48888

“Bəzən deyirlər milçək bir şey deyil, ürək bulandırır. Ermənilərin Azərbaycanda keçirilən toplantılarda iştirakı zamanı ürəkbulandıran hərəkətlərər yol versələr belə onların ölkəmizə gəlişi ən azı iki baxımdan müsbət haldır.” Moderator.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev ermənilərin Bakıda keçirlən toplantılarda iştirakı zamanı destruktiv hərəkətlərinə mövqeyini açıqlayarkən deyib. Qeyd edək ki, iyunun 28-dən iyulun 1-dək Bakıda ATƏT PA-nın 23-cü illik sessiyası keçriləcək və erməni deputatlar da bu toplantıda iştirak eədcəklər. Erməni deputatlar iyunun 16-18-də NATO PA-nın Bakıda keçirlən toplanıtsında təxribat xarakterli fəaliyyət göstərib tədbirdə cığallıq yaratmağa cəhd etdilər.

Millət vəkilinin fikrincə, birincisi ona görə müsbət haldır ki, bununla Azərbaycan dünyaya hətta düşməni ilə belə əməkdaşlığa açıq bir ölkədir.

 “Baxmayaraq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, amma biz yenə də bu düşmənçiliyi aradan qaldırmaq və problemi həll etmək üçün danışıqlar və əməkdaşlıq yolu ilə aradan qaldırmağa hazır olduğumuzu göstəririk”, - deyə deputat vurğulayıb. Deputat onu da əlavə edib ki, ikinci ona görə müsbət haldır ki, ermənilər öz gözləri ilə Azərbaycanın inkişafını görürlər və Ermənistanın üzləşdiyi vəziyyətlə müqayisə etmək imkanları qazanırlar:

”Burada bir psixoloji savaşında elementi var. Hətta Bakıya gəlib burada cığallıq edən ermənilər buradan gedən də sınmış vəziyytədə gedirlər. Onlar Azərbaycanın bu günkü vəziyyəti ilə Ermənistanın üzləşdiyi acınacaqlı vəziyyəti gözləri ilə görürlər. Və şahidi olurlar ki, Ermənistan inkişafdan və müstəqillikdən nə qədər uzaq bir ölkədir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO