Dadaş Rzayev haqqında sensasion iddia...

Dadaş Rzayev haqqında sensasion iddia...

Hazırda oxunan: Dadaş Rzayev haqqında sensasion iddia...

47253
Sabah 4 iyun hadisələrinin ildönümüdür. Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanov da həmin hadisələrdə Gəncəyə ezam olunmuş güc strukturlarından birinə rəhbərlik edib. Onun həmin hadisələrlə bağlı xatirələri bir neçə gündür ki, Moderator.az-da oxuculara təqdim olunur. Bu dəfəki bölümdə epizodik də olsa müdafiə nazirinin keçmiş müavini, mühacirətdə olan polkovnik İsa Sadıkovun da adı çəkilir.

Moderator.az bu məqsədlə İsa bəyi arayıb ondan yazılanlar barədə fikirlərini öyrənmək istəyib. O isə bu barədə danışmaq istəmədiyini, ötənlərdə hadisələrə ətraflı aydınlıq gətirdiyini bildirərək aşağıdakı fikirləri səsləndirməklə kifayətlənib:

"Vallah mən bu boş polemikalarda iştirak etmək fikirində deyiləm. Bir də ki, mənə hansısa qvardiyaçı və sair göstəriş verə bilməz, ikincisi də mənim o hadisələrə heç bir aidiyyatım yoxdu- o hadisələrdə Dadaş Rzayev və milləti ləzgi olan Ramazan Maqomedov məsuliyyət dasıyırdı. Maqomedov qaçıb gizlənmişdi, Dadaş Rzayev isə içib  qacıb gizlənmişdi, onu hec kəs tapa bilmədi, nə prezident, nə baş nazir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO