Abbas Abbasov Azərbaycanlıların Ağsaqqalı seçildikdən sonra soydaşlarımızın birliyi üçün heç də az iş görməyib.
Bunu Moderator.az-a açıqlamasında Söyün Sadıqov Abbas Abbasov haqqında son zamanlar Azərbaycan mətbuatında sərt mövqenin yer alması ilə bağlı danışarkən deyib: Onun haqqında Rusiya hakimiyyətindən, xüsusən mərhum Çernamırdendən, Rusiya hökümətinin birinci müavini O.V. Soskoçevdən və eks-mer Y.M. Lujkovdan, eləcə də mərhum B. Yeltsindən onun olduqca istedadlı rəhbər və siyasətçi olduğunu eşitmişəm. Bir dəfə Soskoveçlə Lujkov mənə danışdılar ki, Abbas Abbasov Azərbaycanda çox ağır bir vəziyyətdə olanda o Rusiyaya gələrək, çörək, yağ, şəkər, ət, un almaq üçün Rusiyadan yardım istəmişdi. O çox səy göstərdi və Rusiyadan kömək ala bildi. Beləliklə, Abbas Abbasov Azərbaycan xalqını aclıqdan xilas etdi. Onu Azərbaycanlıların Ağsaqqalı seçdikdən sonra isə o azərbaycanlıların birliyi və icması üçün heç də az iş görməyib. O mütəmadi olaraq tədbirlər keçirir və aztəminatlı ailələrin uşaqlarını Azərbaycana istirahət etməyə getmələri üçün şərait yaradır. Tez-tez regionlara səfər edir və orada regional birliklərin rəhbərləri və qubernatorları ilə görüşlər keçirir və azərbaycanlıların problemlərini həll etməyə çalışır. Praktiki olaraq, bütün bunlar AZƏRROS tərəfindən maliyələşdirilir. Abbas Abbasov olduqca sıx şəkildə Federativ Miqrasiya Xidməti (FMX) və digər Federal orqanlarla əməkdaşlıq edir və azərbaycanlılarla bağlı problemləri aradan qaldırmağa çalışır.
Abbas Abbasov Azərbaycan icmasının qorunub saxlanması və inkişafı, eləcə də Rusiya-Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üçün öz şəxsi büdcəsindən maliyyə sərf edir. Bu cür insan heç vaxt Azərbaycan xalqının düşməni ola bilməz. Sizlər bir düşünün, bu cür insanı Azərbaycanın və ya azərbaycanlıların düşməni adlandırmaq olarmı?”


































































































